İki rayonun suyu kəsiləcək

17 Oktyabr 2014 11:10 (UTC+04:00)

Bu gün Bakının iki rayonunun su təchizatı məhdudlaşdırılır. "Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə, Bakı şəhəri Nəsimi rayonu ərazisində 500 mm diametrli magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün ərzində Nəsimi və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilə yaranacaq. Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.