Ebola ehtimalı olan 132 sərnişin axtarılır

17 Oktyabr 2014 12:19 (UTC+04:00)

ABŞ-da Ebolaya tutulan ikinci tibb bacısının, virus təsbit edilməzdən əvvəl hərarəti olduğunu söyləməsinə baxmayaraq Ohioda Teksasa uçuşuna icazə verildiyi ortaya çıxıb. Movqe.az xəbər verir ki, o təyyarədə olan 132 sərnişin virus təhlükəsinə qarşı axtarılır. Söz mövzusu vəziyyət, tarixin ən böyük Ebola epidemiyası ilə mübarizə mövzusunda biganə qalmaqla tənqid olunan Amerika rəhbərliyinə etirazların artmasına gətirib çıxarıb. ABŞ Xəstəlik İdarə və Müdafiə Mərkəzləri (CDC) mövzuyla əlaqədar etdiyi şərhdə Amber Vinson  adlı tibb bacısının Ebola diaqnozu qoyulmazdan bir gün əvvəl Clevelanddan Dallasa təyyarə ilə səyahət etdiyi deyilib. CDC direktoru Tomas Frieden jurnalistlərə etdiyi şərhdə, uçuş əsnasında Vinsonun qanama və qusma kimi əlamətlər göstərmədiyi üçün virusun digər sərnişinlərə bulaşma ehtimalının çox aşağı olduğunu söyləyib.  



Ebola şübhəsiylə xəstəxanaya aparıldı, SITMA ÇIXDI 

8 Oktyabrda Ebola'dan ölən Liberyalı Tomas Eric Duncanın müalicə edən qrupda olan Vinson, virusun diaqnoz edilməsinin ardından karantinə alınmışdı. Vinson'un müalicəsinə Atlantadakı Emory Universitet Xəstəxanasında davam edildiyi ifadə edildi. 


ABŞ Konqresinin bu gün Ebola ilə mübarizə mövzusunda Frieden və digər səlahiyyətlilərin dinleneceği bir məhkəmə reallaşdırması gözlənilir.