Beyonsun saçını qızı kəsib?

17 Oktyabr 2014 12:34 (UTC+04:00)
Prodüser və rap müğənnisi yoldaşı Jay Z və qızı Blu İvi ilə Avropa gəzintisinə çıxan Beyons, yeni saç stiliylə görənləri çaşdırıb. Movqe.az xəbər verir ki, şou-biznes tənqidçiləri Beyonsun qeyri-adi qısalıqdakı çolkalarını 1970-ci illərin rok ulduzlarına bənzədib. Məşhur ulduzun yeni stilini, müvəffəqiyyətsiz imic işi adlandıranlar "Beyons saçlarını 2 yaşındakı qızı Blu İviyə kəsdirtdi" şərhini edib. Beyonce isə mənfi fikirləri vecinə almadan Parisdən qızı və əri ilə fotoşəkillərini paylaşmağa davam edib.