"Görəndə qulağının arxasına bir dənə ilişdirəcəm" - Elçin İmanov qəzəbləndi!

17 Oktyabr 2014 12:19 (UTC+04:00)
"Görəndə qulağının arxasına bir dənə ilişdirəcəm. Kişi də arxaca danışar?! Yaşlı insanın axmaq-axmaq fikirlərinə nə cavab verim axı? Getsin manqalda diplomunu yandırsın, sonra da yesin" bu sözləri Mövqe.az-a açıqlamasında bəstəkar Elçin İmanov deyib.


Xatırladaq ki, bəstəkar Faiq Sücəddinov "Kişi sözü" verilişində Elçin İmanovla bağlı şok açıqlama verib: "Bu gün hamı özünə bəstəkar deyir. Elçin bəstəkar deyil. Bunun üçün konservatoriyanı bitirmək lazımdır. Əgər Elçin İmanov bəstəkardırsa, mən diplomumu yandıraram".