Süquta uğrayan Amerika demokratiyası

18 Oktyabr 2014 08:23 (UTC+04:00)

Dünyaya demokratiya dərsi keçməyə çalışan, amma özü daha çox demokratik meyarları pozan Amerika Birləşmiş Ştatlar (ABŞ) yenə də ölkəmizin daxili işinə qarşdı. Sən demə, ABŞ Dövlət Departamenti Azərbaycaan xəyanət edən Leyla və Arif Yunusların səhhətinin pisləşməsindən dərin narahat imiş. Departamentin sözçüsü Jen Psaki bir qədər də iərli gedərək onları dərhal azadlığa buraxmağa çağırıb.

Halbuki, adları çəkilən şəxslərə qarşı çox ciddi ittihamlar irəli sürülüb və onlar Azərbaycan dövlətçiliyini, onun milli maraqlarını işğalçı ermənilərə satıb. Xatırladaq ki, Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq), 213-cü (vergidən yayınma) və 192-ci (qanunsuz sahibkarlıq), Arif Yunus isə Cinayət Məcəlləsinin dövlətə xəyanət, dələduzluq maddələri ilə təqsirləndirilirlər. Lakin nədənsə ABŞ tərəfi bunlaar məhəl qoymur. Əvəzində Azərbaycanın düşmənlərinin dəyirmanına su tökən bu şəxslərin azad edilməsi tələb olunur. Bu isə ölkəmizin daxili işlərinə qarşımaqdan başqa bir şey deyil.

Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev bildirir ki, ABŞ Dövlət Departamenti və onun himayəndəsində olan bəzi qeyri-rəsmi təşkilatlar bəzən sanki Azərbaycan müxalifətinin xaricdəki ruporu kimi çıxış edirlər: "Sanki məlumatları bunlardan alıb yayırlar. Əslində, Azərbaycandakı real vəziyyət Jen Psaki daxil olmaqla, Departamentin bütün münayəndələrinə məlumdur. Ortada beynəlxalq hüququn təməl prinsipləri var. Onlardan biri də dövlətlərin daxili işinə qarışmamaqdır. Digər məsələ, bir dövlətlə bağlı ədalətli mövqe nümayiş etdirmək istəyirsinizsə, Azərbaycanda ardıcıl cinayət törədən insanın fəaliyyətini prioritetə çevirməkdənsə, 1 milyon qaçqının 22 ilik həyatı ilə maraqlanın. Niyə Leyla Yunus, niyə ermənipərəst bir şəxs maraq dairənizdədir? Üstəgəl, onun barəsində hələ heç məhkəmə qərarı yoxdur. Səbəb isə aydındır. Bu insan onlara şəxsi təşəbbüslərdə yaxındır. Maraqlı qüvvələr yanlış məlumatlar yayırlar ki, guya Leyla Yunusun səhhəti pisdir. İnsanın səhhçti pis olanda hüquq mühafizə orqanları onu dərhal cinayət məsuliyyətindən azad etməlidir? Səhhəti pis olan şəxs hüquq mühafizə orqanlarının nəzdindəki müalicə müəssisələrinə aparılır. Həmçinin, bu yaxınlarda keçirilmiş tibbi ekspertiza Leyla Yunusun səhhətinin normal olduğunu dedi. Maraqlı qüvvələr isə QHT formatında da Leyla Yunusu bir prioritet kimi götürüblər. Amma hamısı tanış ssenari, ənənəvi gedişlərdir. Hansı ki, bu kimi mövqeni Departamentin timsalında çox görmüşük".

Partiya sədri əlavə etdi ki, Leyla Yunusa olan mental hisslərimizi qoyaq kənara: "Cinayət təqibinin məqsədi bu deyil. Fakt bundan ibarətdir ki, Leyla Yunus ən ağır maddə ilə ittiham olunur. Leyla Yunusun özü də yarı açıq şəkildə bu fəaliyyətini etiraf edib. Həmişə ermənipərəst olduğunu açıq formada deyib. Belə olan təqdirdə, həmin mərkəzlər Azərbaycandan nə istəyir? Təbii ki, onlar Azərbaycanda bir anarxiya yaratmaq istəyindədir. Guya ictimai fəaliyyətlə məşğul olan şəxs cinayətdən azad olunmalıdır. Ona görə də özlərinin təlimatıdır ki, bu gün yerindən durana siyasi məhbus deyirlər.

ABŞ, demokratsansa, beynəlxalq hüquq prinsiplərinə riayət etməlisən. Amma ABŞ həm də qlobal siyasi mühitə uyğun davranır. Azərbaycan bir az Rusiyaya yaxınlaşan kimi, qonuşuluq siyasətində fəal olan kimi o Qərbin azadlıq "damarı" partlayır, hüquq prioritetləri dəyişir. Bu da onların saxtalığından xəbər verir. Bu gün Leyla Yunusu müdafiə etmək, onu Departament səviyyəsinə qaldırmaq ABŞ-ın nüfuzuna ciddi zərbədir. O isə şəxsi ambissiyası dövlət maraqlarında üstün olan xanımdır. Azərbaycanın hüquq mühafizə orqanları var və onlar son sözü deyəcəklər".

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət dünyada demokratiyanın keşiyində durduğunu iddia edən ABŞ kimi bir dövlətin tez-tez başqa dövlətlərin işinə qarışdığı üçün təəssüfləndiyini bildirir: "Söhbət Yunusuovlardan gedirsə, Azərbaycan hüquq-mühafizə orqanları onları ölkədən qaçarkən yaxalayıb. Yəni, həmin şəxslər rəsmən istintaqdan yayınırlar. ABŞ bunu anlamırmı? Onlara heç kəs haqq verməyib ki, suveren dövlətin daxili işinə müdaxilə etsinlər. Bu məsələdə heç bir qanun pozuntusundan söhbət getmir. Hətta qanun pozuntusu olsa da belə, ABŞ daxili işimizə qarışa bilməz. Bunun üçün Azərbaycanın iştirakçısı olduğu bir sıra beynəlxalq təşkilatlar var. Həmin təşkilatlar bu məsələyə müvafiq qaydada münasibət bildirə bilərlər. ABŞ-ın bu yanaşması bizim dövlətə sayqısızlıqdır. Müvafiq qaydada Azərbaycan dövləti onun cavabını verməlidir".