Yeni təhlükə: Ebola virusu mutasiya etməyə başlayıb

18 Oktyabr 2014 08:53 (UTC+04:00)

ABŞ-da təcili tibbi reaksiya qrupu yaratmaq qərarına gəliblər. Ebola qızdırması simptomları aşkar edildiyi təqdirdə qrup operativ şəkildə ABŞ-ın istənilən klinikasına gələ bilən xüsusi olaraq təlim keçmiş həkimlərdən ibarətdir.

Ölkədə təhlükəli xəstəlikdən ikinci ölüm hadisəsi qeydə alınıb. O, liberiyalı Tomas Dunkaya baxan tibb işçisidir. Bir az əvvəl infeksiya bu cür xəstələrə qulluq edən tibb bacısında da aşkar edilmişdi. Dunkan keçən həftənin sonunda xəstəxanada vəfat edib.

Alimlər bildirirlər ki, qızdırmaya səbəb olan virus mutasiya etməyə başlayıb. Indi virusun növləri üç yüzdən çoxdur. Ola bilər ki, məhz bu mutasiyalar xəstəliyin sürətlə yayılmasına gətirib çıxarır və universal vaksinin hazırlanmasına mane olur.