“ASAN xidmət”dən yenilik
17 Oktyabr 2014 18:18 (UTC+04:00)
"ASAN xidmət" mərkəzində uşaq hüquqi yardım
otağının açılış mərasimi keçiriləcək.
Movqe.az-ın "ASAN xidmət"ə istinadla
verdiyi məlumata görə, 20 oktyabr 2014-cü il tarixində saat
14:00-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində
olan 4 saylı Bakı "ASAN xidmət" mərkəzində pilot olaraq yaradılmış
Uşaq Hüquqi Yardım otağının açılış mərasimi
keçiriləcək. Otaq uşaq hüquqi
yardım xidmətlərinin "ASAN xidmət" mərkəzləri vasitəsi ilə həyata
keçirilməsi məqsədi ilə UNİCEF-in Azərbaycandakı nümayəndəliyi və
Azərbaycan Hüquqşünaslar Konfederasiyasının birgə təşəbbüsü ilə
təşkil olunub. Uşaq Hüquqi Yardım
otaqlarının yaxın müddətdə bütün "ASAN xidmət" mərkəzlərində təşkil
olunması nəzərdə tutulub. Bu təşəbbüs
çərçivəsində mərkəzlərin hər birinə ixtisaslaşmış uşaq hüquqları
mütəxəssisi cəlb olunacaq. Layihə Avropa Komissiyası tərəfindən
dəstəklənir.