Elton Con oğluna görə səhnəni tərk etməyi fikirləşir-Yenilənib

19 İyul 2012 22:14 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, əfsanəvi Britaniya  musiqiçisi Elton Con, oğlu Zakari Ferniş-Con bir az böyüyən kimi  səhnəni tərk etməyi düşünür. Bu haqda Elton Con özü məlumat verib. Elton Con: "Nə qədər sağlamam işləyəcəm. Oğlumu məktəbə özüm aparıb-gətirmək istəyirəm.Mən övladımın bu anlarını ötürə bilmərəm. Əvvəllər özümü qoca və xudbin hiss etdiyim üçün övlad barədə düşünmürdüm. Ancaq indi oğlum bütün həyatımı, fikirlərimi dəyişib". Xatırladaq ki, Elton Conun oğlunu 2010-cu ildə suqrat ana dünyaya gətirib.