Bu günün hava proqnozu
18 Oktyabr 2014 10:26 (UTC+04:00)
Movqe.az xəbər verir ki,Bakıda və Abşeron
yarımadasındahavanın dəyişkən buludlu olacağı, arabir
tutulacağı, əsasən yağmursuz keçəcəyi, səhər və axşam yarımadanın
bəzi yerlərində zəif duman, çiskin olacağı ehtimalı var.
Şimal-qərb küləyi 10-15 m/s sürətlə əsəcək, arabir 18-23 m/s-dək
güclənəcək. Axşam şimal-şərq küləyi 8-13 m/s sürətlə əsəcək.
Temperaturun gecə 14-17°, gündüz 18-23°, Bakıda gecə 14-16°, gündüz
20-22° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunundan 756 mm civə
sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz
təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasındagecə və səhər
çiskinli yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi
gözlənilir.
Qərb küləyi 5-10 m/s sürətlə əsəcək, arabir güclənəcək.
Temperatur gecə 8-13°, gündüz 20-25° isti təşkil edəcək.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarındagecə və səhər bəzi yerlərdə duman olacağı,
çiskinli yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi
gözlənilir.
Qərb küləyi 5-10 m/s sürətlə əsəcək, ayrı-ayrı yerlərdə arabir
20-25 m/s-dək güclənəcək.
Temperatur gecə 4-8°, gündüz 12-17° isti təşkil edəcək.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarındagecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin
olacaq. Gün ərzində hava əsasən yağmursuz keçəcək.
Qərb küləyi 5-10 m/s sürətlə əsəcək, ayrı-ayrı yerlərdə arabir
20-25 m/s-dək güclənəcək.
Temperaturun gecə 10-15°, gündüz 19-24° isti olacağı
gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar
rayonlarındagecə və səhər bəzi yerlərdə duman olacağı,
çiskinli yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi
gözlənilir.
Qərb küləyi 5-10 m/s sürətlə əsəcək, ayrı-ayrı yerlərdə arabir
20-25 m/s-dək güclənəcək.
Temperatur gecə 8-13°, gündüz 16-21° isti təşkil edəcək.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarındagecə və səhər
ayrı-ayrı yerlərdə duman olacaq. Gün ərzində hava əsasən yağmursuz
keçəcək.
Qərb küləyi 5-10 m/s sürətlə əsəcək, ayrı-ayrı yerlərdə arabir
18-23 m/s-dək güclənəcək.
Temperaturun gecə 11-16°, gündüz 20-25°, bəzi yerlərdə 27° isti
olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
rayonlarındagecə və səhər yağış yağacağı gözlənilir. Səhər
dağlarda duman olacaq. Gündüz hava əsasən yağmursuz keçəcək.
Şimal-şərq küləyi 5-10 m/s sürətlə əsəcək, gündüz arabir
güclənəcək.
Temperatur gecə 15-18°, gündüz 18-23°, dağlarda gecə 7-12°, gündüz
15-19° isti təşkil edəcək.