Qaradağ İcra Hakimiyyətinin əməkdaşı benzin töküb özünü yandırdı
18 Oktyabr 2014 12:05 (UTC+04:00)
Gecə Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində sərxoş kişi
üzərinə benzin tökərək özünü yandırıb. Hadisə qəsəbənin 20 Yanvar
küçəsi, ev 30 ünvanında qeydə alınıb.
Movqe.az-ın Milli.Az-a istinadən məlumatına görə, Qaradağ
Rayon İcra Hakimiyyətində təsərrüfat işləri üzrə sürücü işləyən 37
yaşlıQüdrət Mahmudovevə içkili gələrək həyat
yoldaşıCəmalə Mahmudovailə mübahisə etməyə
başlayıb. Daha sonra içkinin təsirindən özündə olmayan Mahmudov
yanacağı üstünə tökərək özünü yandırıb.
Səs-küyə gələn qonşular çətinlikə olsa da, Qüdrət Mahmudovun üstünə
su tökməklə alovu söndürə biliblər. Yaralı ağır vəziyyətdə hadisə
yerinə gələn təcili tibbi yardım maşını ilə 5 saylı xəstəxananın
yanıq şöbəsinə yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, hazırda onun vəziyyəti
qeyri-kafidir.
Hadisənin təfərrüatlarını isə Qaradağ Rayon Prokrorluğunun və polis
idarəsinin istintaqçıları araşdırırlar. Bu məqsədlə
əməliyyat-istintaq qrupu bədbəxt hadisənin baş verdiyi ünvana da
baş çəkib. İlkin araşdırmalar nəticəsində hadisənin ailə-məişət
zəminində baş verdiyi ehtimal olunur.