İrandan İŞİD xəbərdarlığı
18 Oktyabr 2014 12:09 (UTC+04:00)
İran İslam respublikası Səudiyyə Ərəbistanını İŞİD terror
təşkilatını qurmaqda və maliyyə dəstəyi verməkdə ittiham edib.
Movqe.az Milli.az-a istinadən xəbər verir ki, Ayətullah Hatəmi
Tehranda cümə namazı xütbəsində Səudiyyə Ərəbistanı xarici işlər
naziri Səud əl Faysalı İrana qarşı səsləndirdiyi ittihamlara cavab
verib.
"Hamı İŞİD-in Səudiyyə Ərəbistanının neft dollarları ilə
qurulduğunu və İslam dünyasındakı terrora sizin dəstək verdiyinizi
bilir. Məzlum müsəlmanların qanı sizin pulunuzla axır. Siz
problemin hissəsi yox, özüsünüz!"
Qeyd edək ki, Səudiyyə Ərəbistanı xarici işlər naziri Səud əl
Faysal, "İran Suriyada problemin bir hissəsidir", - demişdi.