Tehranda cümə namazına başçılıq edən ayətullah Ahmad Xatəmi
Səudiyyə Ərəbistanını Suriya və İraqdakı İslam Dövləti (İD)
təşkilatının yaraqlılarını maliyyələşdirməkdə ittiham edib.Tehran
və Ər-Riyad arasında gərginlik Səudiyyə Ərəbistanının xarici işlər
naziri, şahzadə Saud Al-Feysal-ın bəyanatından sonra yenidən
alovlanıb. Şahzadə deyib ki, İran Suriyada, İraqda və Yəməndəki
problemin bir parçasıdır və o, özünün "işğalçı qüvvələrini" bu üç
ölkədən çıxarmalıdır.Ahmad Xatəmi oktyabrın 17-də Tehranda cümə
namazı zamanı Al-Faisal-ın bəyanatından və onun özündən söz
açıb:"Səudiyyə Ərəbistanının xarici işlər naziri deyir ki, İran
problemin həlli yox, onun bir hissəsidir. Bu, çox qəribə səslənir.
Hamı bilir ki, İD sizin neft dollarlarınızla yaradılıb. Hamı bunu
da bilir ki, İslam dünyasında hər bir terror aktını səudlar
maliyyələşdirir… Həqiqət bundan ibarətdir ki, siz problemin bir
hissəsi yox, onun hamısısınız!".
İran lideri ayətullah Əli Xamneyiin ruporu sayılan "Keyhan" qəzeti
oktyabrın 16-da al-Feysalı daha kəskin tənqid edən baş məqalə ilə
çıxıb.
"Al-Feysalın anti-İran qeydləri o qədər səfehdir ki, bunları yalnız
parkinson və alsqeymer xəstəsi olan adam deyə bilərdi" – yazır
"Keyhan".
Sünni Səudiyyə Ərəbistanı və şiə İran arasında münasibətlər 2013-cü
ildə Həsən Ruhaninin prezident seçilməsi ilə yumşalsa da, gərginlik
qalmaqda idi. İndi Suriya və İraqda İD məsələsinə görə əlaqələr
yenidən pisləşməyə başlayıb.
Hər iki ölkə İD-in əleyhinə olsa da, Səudiyyə Ərəbistanı İranın
ərəb ölkələrində şiə qruplarını dəstəkləməsindən, İran isə Səudiyyə
Ərəbistanının İD-ə qarşı ABŞ koalisiyasına qoşulmasından
narazıdır