Əfsanəvi futbolçu prezident seçildi

18 Oktyabr 2014 12:16 (UTC+04:00)

Braziliya millisinin sabiq hücumçusu Romario "Amerika" futbol klubunun prezidenti seçilib. Movqe.az AzərTAc-a istinadən xəbər verir ki, o, bu postda Uliss Salqadonu əvəzləyib. Yüz illiyini qeyd edən Rio deJaneyro klubu hazırda Braziliyanın sayca 4-cü divizionunda – D seriyasında çıxış edir.
Romarionun atası Evair de Souza Faria bu komandanın çılğın azarkeşi olub və həmişə oğlunun orada çıxışını arzulayıb. Atasının ölümündən bir il sonra, 2009-cu ildə sabiq futbolçu onun arzusunu həyata keçirib və "Amerika"nın heyətində bir oyuna çıxıb.