Azərbaycanın Qəzza bölgəsi üçün ayırdığı yardım hesaba
köçürülüb. Movqe.az-ın BMT-nin Fələstinli Qaçqınlara Yardım və
İşlər üzrə Yaxın Şərq Agentliyinə (UNRWA) istinadən verdiyi
məlumata görə, 2014-cü ilin iyun-iyul aylarında Qəzzada aparılmış
hərbi əməliyyatlar nəticəsində baş vermiş humanitar böhranın aradan
qaldırılması məqsədilə Azərbaycan hökuməti tərəfindən Xarici İşlər
Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım
Agentliyi (AIDA) vasitəsilə Qəzza bölgəsinin əhalisi üçün ayrılmış
635 min ABŞ dolları həcmində yardım cari ilin 29 sentyabr tarixində
UNRWA-nın hesabına daxil olub.Sözügedən yardım UNRWA tərəfindən
Qəzza bölgəsində həyata keçirilən yenidənqurma proqramları üçün
istifadə ediləcək.