Rusiya dəyərdən düşən pul vahidini xilas etməyin yollarını axtarır

18 Oktyabr 2014 19:12 (UTC+04:00)

Rusiyaya qarşı Qərb tərəfindən tətbiq olunan sanksiyalar və neftin qiymətinin düşməsi səbəbindən rublun dəyər itkisi davam edir. Rusiya Mərkəz Bankı oktyabr ayının əvvəlindən bu tərəfə dollar və avro qarşısında sürətlə dəyərsizləşən milli pul vahidini qorumaq üçün bazara 11 milyard dollar təqdim edib. Ancaq edilən müdaxilə dəyər itkisini azaltmayıb.

Movqe.az publika.az-a istinadən xəbər verir ki, rubl dollara nəzərən 0.44 nisbətində dəyər itirərək 41 səviyyəsinə düşüb. Bu nisbət bu ilin yanvar ayında 33 səviyyədə idi.

Mütəxəssislər gələcək risklərlə bağlı sos siqnalı verirlər: "Mərkəz Bankın nəzarət etdiyi bu siyasətin bir riski var. Kurs fərqinin yaranması insanlarda pula olan tələbi artıra bilər. Ruslar əmanətlərini çəkib xarici pul vahidlərinə çevirib yenidən banka yatıra bilərlər".

Rusiya Mərkəz Bankı ilin əvvəlindən bəri dəyər itkisini azlatmak üçün bazara 50 milyard dollar pul çıxarıb. Mərkəz Bankı səlahiyyətliləri daha böyük müdaxilənin çaxnaşmaya gətirib çıxaracağı səbəbi ilə kiçik tədbirləri məqbul sayırlar.