Səddamın gizli İsrail planı

18 Oktyabr 2014 21:06 (UTC+04:00)
İsrailin İraqı bombalamasından sonra Səddam Hüseynin hazırladığı plan üzə çıxıb.

Movqe.az Milli.az-a istinadən xəbər verir ki, 1981-ci il iyunun 7-də İsrail hərbi təyyarələri Osirak Nüvə Reaktorunu bombardman etdikdən sonra İraqın o dövrkü prezidenti Səddam Hüseyn İsraildən bunun intiqamını alacağını deyib və xüsusi plan hazırlayıb.

Səddam Hüseynin sabiq hüquq məsləhətçisi Arif Bedi Əl Qüds Əl Ərəbi qəzetinə verdiyi müsahibəsində bildirib ki, plana əsasən İsrailin baş naziri qaçırılmalı idi. Çünki İsrail hökuməti iddia edirdi ki, İraq Osirak Nüvə Reaktorunda gizli şəkildə atom bombası hazırlayır. Lakin bombardmandan sonra məlum olmuşdu ki, ora heç bir hərbi məqsədlə istifadə olunmayıb.

İraq lideri İsrailin baş naziri Menahem Beqini qaçırmaq üçün hərəkətə keçib. Lakin Avropa ölkələrinin liderlərindən biri Səddam Hüseyni fikrindən daşındırmağa nail olub.

Arif Bedinin sözlərinə görə, 33 il əvvəl hazırlanan planı həyata keçirmək üçün Səddam Hüseyn fələstinli qruplarla ortaq hərəkət edirdi. Plana görə, İsrail baş naziri fələstinli bir qrup tərəfindən qaçırılmalı və Bağdada gətirilməli idi. Lakin bu plandan xəbər tutan Qərb ölkələrinin liderlərindən biri Səddam Hüseynə zəng vuraraq onu fikrindən daşındırıb.