Qaz olmayacaq

18 Oktyabr 2014 16:12 (UTC+04:00)

Bakının Binəqədi rayonunun bir hissəsində təbii qaz təchizatında məhdudiyyətlər olacaq.


Movqe.az xəbər verir ki , "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Xocahəsən avtomobil yolunun genişləndirilməsi ilə əlaqədar bu gün işlər başa çatanadək Binəqədi rayonu Sulutəpə və Xocahəsən qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq.