Ceyms Appaturay: “NATO Dağlıq Qarabağda keçirilən qondarma “seçkiləri” tanımır”

19 İyul 2012 11:37 (UTC+04:00)
"Digər beynəlxalq təşkilatlar kimi NATO da Dağlıq Qarabağda keçirilən qondarma "seçkiləri" tanımır".

Bu fikirləri APA-ya eksklüziv açıqlamasında NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay verib. 

O bildirib ki, bu cür "seçkilərin" keçirilməsi nizamlanma prosesinə maneçilik törədir: "Belə seçkilərin keçirilməsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi ilə ziddiyyət təşkil edir".