Movqe.az Milli.Az-a istinadən bildirir ki, Azərbaycanın İstanbuldakı konsulu Kənan Murtuzovun dediyinə görə, Türkiyə qanunlarına görə həmvətənlərimiz cinayət başında yaxalandıqlarına görə istintaq dövründə həbsdə qalacaqlar.
"İstintaqın nə qədər davam edəcəyi bizə məlum deyil, təbii ki istintaqdan asılı olaraq yenidən məhkəmə olacaq. Bundan sora qərar veriləcək", deyə Konsul bildirdi.
Saxlanılan azərbaycanlılar qaçaq şəxsləri gəmi vasitəsilə
Türkiyə üzərində 3-cü ölkəyə daşımaqda ittiham olunurlar. Bu arada
"İdea 1" qayığı ilə daşınan immiqrantların görüntüsü yayılıb.
Ticarət gəmisində 81 nəfər olub. Onlar Suriya, İraq, Birma və
Eritreyadandırlar. Türkiyə mətbuatının məlumatına görə, Palamütbük
sahillərində saxlanılan gəmidə axtarış aparan təhlükəsizlik
qüvvələri ilkin olaraq həmin 81 immiqrantın Türkiyə vasitəsilə
Avropa ölkələrinə aparıldığını müəyyən edib. Qaçaqlar ifadələrində
ölkələrindəki təzyiqlərdən bezərək, Avropa ölkələrinə getməyə
çalışdıqlarını söyləyiblər. Azərbaycan əsilli iki nəfər Telman
Quliyev və Rahil Hüseynov təşkilatçı qismində istintqa cəlb
ediliblər.