Gürcüstanda Ebola təşvişi

19 Oktyabr 2014 14:00 (UTC+04:00)

Gürcüstanda bir neçə nəfər Ebola virusuna yoluxmaqda şübhəli bilindikləri üçün karantinə yerləşdiriliblər.

Movqe.az Milli.Az-a istinadən bildirir ki, Gürcüstan Milli Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Mərkəzinin müşahidə şurasının sədri Paata İmnadzenin dediyinə görə, son vaxtlar ölkəyə Qərbi Afrikadan 84 nəfər gəlib. Onların əksəriyyəti Nigeriyadan gəliblər.

"21 günlük karantindən sonra onların əksəriyyəti ilə bağlı müşahidələr dayandırılıb. Bir neçə nəfərp karantində qalıb. İlkin məlumatlara görə, onlar sağlamdır", - P.İmnadze deyib.