"Qarabağ"ın rəqibi sevindi

19 Oktyabr 2014 15:11 (UTC+04:00)
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sent-Etyen" Fransa liqasında bu gün növbəti matçına çıxıb.

Movqe.Az qol.az-a istinadən bildirir ki, "Sent-Etyen" səfərdə "Loryan"la qarşılaşıb. Oyun "Qarabağ"ın rəqibinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Yeganə qolu 87-ci dəqiqədə Fabien Lemuan vurub.

Qeyd edək ki, "Sent-Etyen" üç oyundur qələbə qazana bilmirdi.