Moskvada 450 miqrant saxlanıldı

19 Oktyabr 2014 18:00 (UTC+04:00)

Moskva milisinin qeyr-qanuni miqrasiya ilə bağlı keçirdiyi əməliyyatlar zamanı 450 əcnəbi saxlanılıb.

Movqe.az-ın publika.az-a istinadən verdiyi məlumata görə, saxlanılanlar əsasən Orta Asiya, Şimali Qafqaz və Belarus vətəndaşlarıdı.

Əməliyyatlara Xüsusi Təyinatlı Milis Dəstəsi ilə bərabər daxili qoşunların 150 əməkdaşı da cəlb edilib.