Azərbaycanda avtomobil ağaca çırpılıb, ölən var
19 Oktyabr 2014 20:16 (UTC+04:00)
Qusarda avtomobil ağaca çırpılıb.
Movqe.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına
istinadən xəbər verir ki, Qusar rayonu, Girik kəndi ərazisində
1956-cı il təvəllüdlüQaflanov Şaiq Səbətulla
oğluna məxsus "MİTSUBİSHİ" markalı minik avtomobilinin
ağaca çırpılması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.
Hadisə nəticəsində sürücü avtomobildə sıxılmış vəziyyətdə qalıb və
vəfat edib.
Yanğınsöndürən-xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə
deformasiyaya uğramış avtomobildən meyiti çıxararaq aidiyyəti üzrə
təhvil vermişlər.