Qüsurlu olsa da dünyanı dəyişdi

19 İyul 2012 12:51 (UTC+04:00)

Movqe.az xəbər verir ki, ingilis dərman paylama firması anasının hamiləlikdə istifadə etdiyi "Talidomit" adlı dərman səbəbiylə qolsuz və ayaqsız dünyaya gələn avstraliyalı qadına yüzlərlə milyon dollarlıq təzminat ödəməyi qəbul edib. Linette Rove adlı avstraliyalı qadının Avstraliyanın Viktoria əyaləti Ali Məhkəməsində açdığı qrup iddiasında ingilis dərman paylama firmasının uzlaşma yoluna gedərək təzminat ödəməyi qəbul etməsini məmnuniyyətlə qarşıladığını söyləyib. Bu gün 50 yaşında olan Rove, "açdığım iddianın başqaları üçün də faydalı olması möcüzədir. Bu dünyanı dəyişdirmək üçün qollara və qıçlara ehtiyacınız olmadığını göstərir "deyə söyləyib. Xatırladaq ki, 1950- 1960-cı illərdə hamilələrdə səhər bulantılarına qarşı inkişaf etdirilən "Talidomit" adlı dərman doğum qüsurları probleminin ortaya çıxması səbəbilə 1961-ci ildə satışdan çıxarılmışdı.