Səidə Sultan: "Utanıram, bacarmıram"
19 Oktyabr 2014 23:00 (UTC+04:00)
Vaqif Gərayzadənin tələbələri sırasında
ifaçıSəidə Sultanda var. Müğənniyə bəlkə də ən çox
ünvanlanan suallardan biri də "Niyə digər tələbələr kimi məşhurlaşa
bilmirsiz?" olur.
Movqe.Az gecce.az-a istinadən xəbər verir ki, bu sualların əlindən
təngə gələn Səidə iddiaları belə cavablayıb.
"Hamımız da eyniyik. Amma iş baxımından biri digərindən daha öndə
ola bilər. Buna səbəb mənim işimi sona kimi çatdırmamağımdır. Çox
deyirlər ki, tənbəlsən. Yox, bu tənbəllik deyil. Hər şeyi maliyyə
ilə bağlayıram.
Sponsorluq sarıdan bacarıqsız deyə bilməzdim. Mən insanlardan
istifadə edə bilmirəm. Utanıram, bacarmıram. İşimin xatirinə belə
olsa, milyonları olan insana yaltaqlana bilmərəm. Xoşum gəlmirsə,
deyirəm."