“Qaraçuxurlu ləqəbini dəyişsəm...”

20 Oktyabr 2014 00:04 (UTC+04:00)

Namiq Qaraçuxulu "Muz life" kameralarına etiraf edib.

Movqe.az Gecce.az-a istinadən  xəbər verir ki, çəkildiyi serial ilə öz adından bəhs etdirən Namiq Qaraçuxurlunu bir müddət aktyor qismində görə bilməyəcəksiniz. Buna səbəb isə meyxanaçının kifayət qədər sənətinə zaman ayıra bilməməsidir.

Qaraçuxurlu ləqəbi ilə məşhurlaşıb tanınan Namiq Şükürovun müğənni Ədalət Şükürovla qohum olduğu da deyilir.

"Serial məni çox yorur. Kino olsa, bəlkə düşünə bilərəm. Səhnə işlərim, konsertlərim var deyə vaxt ayıra bilmirəm. Son zamanlar məni Ədalət Şükürovla səhv salırlar. Qohum olduğumuzu belə düşünən var. Məktəbdən bəri məni Şükürov deyə çağırıblar. Bu gündən sonra Qaraçuxurlu ləqəbini dəyişdirsəm, bu addım mənim üçün təhlükəli ola bilər. Yaxşı qəbul etməzlər. Sonra deyərlər ki, "Ad-san qazandı indi bizi bəyənmir".