Bu gün hava necə olacaq?

20 Oktyabr 2014 11:00 (UTC+04:00)

Həftənin ilk iş günü Azərbaycanda buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-in bildiriblər ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 20-də yağış yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək.

Şimal-qərb küləyi 20-25 m/s, gecə arabir 28-33 m/s-dək güclənəcəyi, yarımadanın bəzi yerlərində 35-40 m/s-dək şiddətlənəcəyi ehtimalı var, gündüz 10-15 m/s, arabir 18 m/s.

Havanın temperaturu gecə və gündüz 10-14° isti, Bakıda gecə və gündüz 11-13° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 80-90 % təşkil edəcək.

Azərbaycan rayonlarında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Havanın temperaturu gecə 6-11° isti, gündüz 12-16° isti olacağı gözlənilir.

Qərb küləyi 5-10 m/s, gecə arabir 28-33 m/s-dək güclənəcək.