Zakir Həsənov rus gəmilərində

20 Oktyabr 2014 11:03 (UTC+04:00)
Azərbaycanın müdafiə naziri Zakir Həsənov Bakıda səfərdə olan Rusiya Federasiyası Xəzər Dəniz Donanmasına baş çəkib.

ANS PRESS-in "Novosti-Azerbaidjan" agentliyinə istinadla xəbər verir ki, nazir əvvəlcə "Dağıstan" gəmisində olub. Onu gəminin kapitanı müşayiət edib. 

Sonra Z.Həsənov "Qrad Sviyajsk" kiçik raket gözətçi gəmisinin şəxsi heyətilə görüşüb.

Xatırladaq ki, Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının "Dağıstan" böyük raket gözətçi və "Qrad Sviyajsk" kiçik raket gözətçi gəmilərinin komanda heyəti oktyabrın 16-da Bakıya gəlib və oktyabrın 19-da başa çatıb.