Eynicinslilər, evlənib-boşananlar kilsəyə qayıda biləcək?

20 Oktyabr 2014 11:10 (UTC+04:00)

Papa Françeskonun Katolik Kilsəsinin homoseksuallar və boşanıb yenidən evlənənlər üçün qapılarını açması tələbi cavab tapa bilməyib 


Movqe.az xəbər verir ki, katolik dünyasının ruhani lideri Papa Françeskonun çağırışıyla iki həftə əvvəl Vatikanda toplanan təxminən 200 kardinalın məclisindən islahat qərarı çıxmayıb. Katolik Kilsəsinin homoseksuallıq, abort və doğuma nəzarət mövzularındakı fikirlərindən xilas olunmasını istəyən Papa, homoseksuallar və boşanıb yenidən evlənənlər üçün qapıların açılmasını tələb etmişdi. 



Lakin dünyanın hər bölgəsindən gələn 191 kardinal, 16 mütəxəssis və aralarında müsəlman həyat yoldaşı da olan evli cütlərin olduğu 250-ə yaxın insandan  ibarət olan Sinod (məclis) ümumi razılığa gələ bilməyib.  Yekun hesabatında 470 dəyişiklik nəzərdə tutan din adamları tərəfindən tək-tək səs verilən 62 maddədən, homoseksuallar və boşanıb yenidən evlənənlərin kilsəyə yenidən qayıtmasla əlaqədar maddələr qəbul edilməyib.

Papa Francesco isə gələn il təşkil ediləcək Sinoda qədər "praktik həllərin tapılması və fikirlərin yetkinləşməsi" üçün vaxt olduğunu bildirib.