Bu rayonlarda qaz olmayacaq

20 Oktyabr 2014 12:05 (UTC+04:00)
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə, bu gün saat 11:00-dan 15:00-dək Qaradağ rayonunun bir hissəsinə, saat 11:00-dan 16:00-dək Xəzər rayonunun bir hissəsinə, saat 16:00-dan 18:00-dək Şirvan şəhərinin bir hissəsinə, işlər başa çatanadək isə Goranboy rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq. Fasilələrin yaranması qaz nəqli sistemində və qaz şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədardır.