Putinin pələngi bu qışı Çində keçirəcək

20 Oktyabr 2014 12:15 (UTC+04:00)
Rusiya Prezidenti Vladimir Putinin təbiətə buraxdığı üç pələngdən biri olan "Kuzya" nın, qışı Çində keçirəcəyi deyilib. Movqe.az xəbər verir ki, Rusiyanın Sərhədləri Aşan Çaylar Koalisiyası koordinatoru Eugene Simanov, Kuzyanın Çində başqaları tərəfindən ev heyvanlarıyla qidalanmaması lazım olduğunu söyləyərək pələngin vəhşi həyatını davam etdirməsinin əhəmiyyətinə işarə edib. Movqe.az xəbər verir ki, Kuzya və qardaşları Borey, İvanov keçən il Rusiyada aclıqdan ölmək üzrəykən tapılmış və ölkədə bir reabilitasiya mərkəzinə göndərilmişdi. Sibir pələnglərinin qorunmasına böyük əhəmiyyət verən Putin, üç qardaş pələngi 22 mayda təbiətə salmışdı. Təbiətdə 450-500 Sibir pələngi qalıb.