Elza Seyidcahandan pianinonun üstündə rəqs - VİDEO

20 Oktyabr 2014 13:08 (UTC+04:00)

Ekstravaqant müğənni Elza Seyidcahan bu dəfə də hər kəsi təəccübləndirib. Müğənni açıqlamasında bildirib ki, royalın üstündə rəqs edəcək. Həm ifa edəcək, həm royal ilə birgə rəqs edəcəyini açıqlayan müğənni açıqlamasında bildirib: " 20 ildir ki, bu ideya mənə məxsusdu. Mənim rəqsim pianino ilə olacaq. Royalın üstündə rəqs etmək ideyası mənə məxsusdu. Buna görə də 60 kilo olmalıyam. Artıq 10 kq arıqlamışam".