Brüsseldə etiraz aksiyası keçirildi

20 Oktyabr 2014 19:42 (UTC+04:00)

Belçikanın paytaxtı Brüsseldə minlərlə insan, sosial yardım problemlərini, təhsil və işsizlik puluyla əlaqədar planları və pensiya yaşının 67-yə çıxarılmasına etiraz edib.

 Belçika İşçi Partiyası (PTB) tərəfindən təşkil edilən nümayişə təxminən 4 min nəfər qatılıb. Brüsselin mərkəzindəki Nord qatar stansiyası qarşısında başlayan və "Kaktus Plan" adı verilən yürüşdə, "Hamıya ev, iş, aş. Daha çox fasilə olmasın" şüarları atılıb.

 

Cəmiyyətin hər təbəqəsindən geniş iştirakın olduğu nümayişdə, "sosial yardım kəsintiləri, pensiya yaşının 67-yə çıxarılması, dövlət məmuru alışlarının dayandırılması və döyüş təyyarəsi alınması üçün 6 milyard avro xərclənməsinə'' etiraz edilib.

 

Nümayişçilər, tez-tez "Birləşən xalqlar əsla itirməzlər şüarları atıb.

 

Mərkəzi qatar stansiyası qarşısında bitən gediş və nümayiş səbəbiylə şəhər mərkəzinin böyük hissəsi nəqliyyata bağlanılıb.