Siding Spring kometi Marsın yanından keçdi

21 Oktyabr 2014 10:26 (UTC+04:00)

Marsda dünyanın axırı baş vermədi: Siding Spring kometi 140 min kilometr məsafədə Qırmızı planetin yanından keçib.

Komet Qırmızı planetə Bakı vaxtı ilə saat 22:27 dəqiqədə ən yaxın məsafədə olub. O, Marsın yanından saatda 203 min km sürətlə keçib. Bu məsafə Yer və Ay arasındakı məsafənin yarısına bərabərdir. Bundan başqa, alimlər bildirirlər ki, bu, nə vaxtsa Yerin yaxınlığından ən yaxın məsafədə keçmiş kometə olan məsafədən 10 dəfə çoxdur.

Alimlər ümid edirlər ki, Marsın orbitində yerləşən kosmik aparatlar çox yaxın məsafədən çəkilişlər aparıb və keyfiyyətli şəkillər alıb.

Bu səma cisminin təqribi diametri 50 kilometrdir və Günəş sisteminin uzaq küncündən- Oorta Buludundan gələrək Yer teleskoplarının nəzər-nöqtəsinə düşən ilk kometdir. Bu yaxınlaşma astronomlara onu dərindən tədqiq etmək üçün unikal imkan yaradıb.