Doğuşda faciə ilə bağlı nazirlikdən-Rəsmi açıqlama

21 Oktyabr 2014 11:00 (UTC+04:00)
Yenilənib-12:30:08

Səhiyyə Nazirliyi Mingəçevirdə doğuş zamanı baş verən faciyəyə aydınlıq gətirib. Movqe.az-a danışan Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədrili bildirib ki, şəhər sakini, 30 yaşlı Svetlana Qasımova oktyabrın 19-da, saat 23:10-da  xəstəxanaya müraciət edib. Nazirliyin Doğuşayardım Komissiyasına verilən məlumata görə, qadın xəstəxanaya gətirilərkən,vaxtından əvvəl dölyanı mayenin axması  diaqnozu qoyularaq xəstəxanaya götürülüb. 14 saat əvvəl dölyanı mayenin axması ilə yanaşı uşaqda həqiqi düyün, loru dildə desək, ciftin uşağın boynuna dolaşaraq düyün düşməsi müşahidə olunub. Təbii yolla uşaq ananın bətnindən xaric olunub. Meyidin ekspertizasının aparılmasına yaxınları tərəfindən icazə verilməyib".  


Azərbaycanda doğuş zamanı daha bir faciə yaşandı. ANS PRESS-in məlumatına görə, Mingəçevirdə ana və körpəsi doğuş zamanı ölüb. Şəhər sakini, 30 yaşlı Svetlana Qasımovanın doğuş zamanı vəziyyəti qəflətən pisləşib, onda yüksək hərarət və üşütmə halları müşahidə olunub. Həkimlər tərəfindən lazımi tibbi yardım göstərilsə də, qadın doğuşdan 20 dəqiqə sonra dünyasını dəyişib. Yeni doğulan, çəkisi 4 kq olan oğlan uşağı isə doğuşdan 5 dəqiqə sonra ölüb. Ailəsi qadının ölümündə həkimləri günahkar bilirlər.  Ailənin sözlərinə görə, bu qadının ikinci hamiləliyi olub. Birinci doğuş zamanı onun heç bir problemi olmayıb. 
Həkimlər dölyanı mayenin qadının damarlarına daxil olması səbəbindən onun dünyasını dəyişdiyini bildiriblər. Verilən məlumata görə, bu hal baş verən zaman qadında şok əmələ gəlib. Faktla bağlı araşdırma aparılır.