Veriliş boyu Aygün Bəylər tamaşaçıları aşağılamaqda davam etdi - VİDEO

21 Oktyabr 2014 14:26 (UTC+04:00)

Əməkdar artist Aygün Bəylər "Gündəlik" verlişinin qonağı olub. Dəfələrlə sənətdən gedəcəyini açıqlasa da müğənni görünür ki, hələ də bunu bacarmayıb. Mövqe.az xəbər verir ki, makiyajsız, sadə geyimi ilə efirə gələn Aygün Bəylərə aparıcı Mətanət Əliverdiyeva bu barədə sual verən zaman o çox kobud səhvə yol verib. Tamaşaçılara qarşı hörmətsizlik edən əməkdar artistin həmin fikirlərini sizə təqdim edirik: " Mənə deyirlər oxu. Axı kimin üçün oxuyum? Onsuzda hamı oxuyurda".

Daha sonra studiyada oturan tamaşaçılara arxasını, üzünü isə verlişin digər qonaqlarından olan xalq artisti Ramiz Novruza çevirib, danışan A. Bəylərin bu hörmətsizliyi də aparıcı M. Əliverdiyevanın diqqətindən qaçmayıb. Aparıcı xanım "Arxanı tamaşaçılara niyə çevirirsən?" dedikdə Aygün Bəylər yenə tamaşaçıları aşağılamaqda davam edib: "Mən sənət bilən insanla danışıram. Siz məni anlayarsız Ramiz müəllim...". Sonradan isə Aygün Bəylər etdikləri üçün tamaşaçılardan üzr istəyib.


Qeyd edək ki, müğənni verliş ərzində dəfələrlə aparıcının sözünü kəsib, öz ifası ilə verlişi canlandırmağa çalışıb.Aparıcı da ritm tutmaqda müğənni ilə birgə səy göstərib.