Dəniz heyvanları da qripə yoluxdu

21 Oktyabr 2014 16:22 (UTC+04:00)

Almaniyanın Şimal dənizi sahillərində yüzlərlə fok balığı cəsədi tapılıb . Fok balıqlarının qrip virusundan öldüyü təsbit edilib. Sahil mühafizə, Təbii Park və dəniz müdafiə əyalət dairəsi, cəsədlər üzərində edilən araşdırmalar nəticəsində, ölümlərin qrip virusundan qaynaqlandığını bildirib. 


Movqe.az xəbər verir ki, fok balığı virusunun Şimal dənizinə yayılıb oradakı digər suiti balığı növlərini də təhlükəyə atmasından narahatlıq duyulur. 1988/89 illərində və 2002-dəki epidemiyalar zamanı fok balığı populyasiyasının böyük hissəsi yox olmuşdu. 


İndiyə qədər 350 suiti balığının sahildə ölü halda tapıldığı deyilib.