Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə Gəncədə görüşən məktəbli Ümid təəssüratlarını bölüşüb.
11 yaşlı məktəbli ANS-ə açıqlamasında bildirib ki,
prezidentlə görüşmək arzusunun reallaşacağına inanıb. "Prezidentlə
görüşmək mənim arzularımda, xəyyallarımda idi".
Gəncədəki 27 saylı liseyin xüsusi istedadlılar qrupunda təhsil alan
11 yaşlı Ümid Həbibov şəhərdən 20 dəqiqə uzaqlıqdakı qəsəbədə
yaşayır. Onun yaşına uyğun olmayan qeyri-adi uşaq təffəkürü məndə
hardasa təəcüb doğurur. Valideynləri deyir Ümid özünü dərk edəndən
ictimai-siyasi hadisələrlə maraqlanır, xəbərləri mütamadi izləyir,
prezidentin hansı ölkələrə səfər etməsi ilə maraqlanır. Elə ona
görə də o ölkə başçısını nə vaxtsa yaxından görmək arzusuna
düşür.
Prezidenti nə vaxtsa yaxından görəcəyinə bütün qəlbi ilə inanan bu
balacanın arzusu bir gün çin olur. Və prezident xanımı ilə birgə
Gəncədə görülən işlərlə tanış olan zaman, sakinlərlə də görüşür.
Küçə ilə evlərinə tələsən bu balaca Gəncənin mərkəzi Cavad xan
küçəsində ölkə başçısını görəndə təəcüblənir. Prezident və xanımı
onunla səmimi söhbət edir. O hətta prezindenti ad günü də dəvət
etməyə fürsət tapır.
"Mən təəcübləndim. İnanmadım ki, həqiqətən də İlham Əliyevlə
görüşürəm".
O hətta prezidentə bir neçə dəfə məktub da yazdığını, amma göndərə
bilmədiklərini deyir. İti zəkası ilə seçilən bu azyaşlı artıq
özünün hansı peşə sahibi olacağını da müəyyənləşdirmiş görünür.
"Mən diplomat olmaq istəyirəm. Bu mənim fikrimdədir".
O hər gün rəsmi xronikanı izləyir. İndi gələcək diplomat gələn il
martın 19-da İlham Əliyevin onun ad gününə gələcəyi sevinci ilə
yaşayır.