Tutanxamon yaraşıqlı deyilmiş

21 Oktyabr 2014 17:24 (UTC+04:00)

B.e.ə 14-cü əsrdə Misirdə hökmdarlıq edən məşhur firon Tutanxamonun mumiyası üzərində edilən virtual yarılma, şəkillərini və tabutunu örtən maskalarla "yaraşıqlı, zadəgan və güclü" görünən monarxın, real həyatda çirkin olduğunu ortaya çıxarıb. 


Movqe.az xəbər verir ki, elm adamları, 20 yaşlarına çatmadan həyatını itirən fironun bir ayağının şikəst, dişlərinin əyri, ombalarının isə iri və qadına xas olduğunu bildirib.