İnsanın doğulduğu vaxt onun temperamentini müəyyən edir

22 Oktyabr 2014 08:41 (UTC+04:00)

Macarıstanlı alimlər müəyyən ediblər ki, insanın doğulduğu vaxt onun əhval-ruhiyyəsinə, eləcə də affektiv pozuntunun inkişafına təsir göstərə bilər.

Tədqiqatın müəllifi, professor Kseniya Qonda hesab edir ki, insanın doğum gününün onun xarakterinə təsiri biokimyəvi göstəricilərlə izah edilir.

Ekspertlər müəyyən ediblər ki, ilin müxtəlif vaxtlarında monoamin neyroötürücüləri, dofamin və serotoninin səviyyəsi əsaslı şəkildə dəyişilə bilər.

Bundan başqa, bu birləşmələrin səviyyəsi ilə bağlı olan dəyişikliklərin effekti bütün ömürboyu saxlanılır.

Beləliklə, yayda doğulan insanlar çox vaxt siklotimik temperamentlə üz-üzə qalırlar. Onlarda tez-tez ovqat dəyişiklikləri baş verir.

Yazda doğulan insanlar isə qışda doğulanlara nisbətən daha pozitiv düşüncələri ilə fərqlənirlər.

Buna baxmayaraq, "qış" adamları qıcıqlanmaya qarşı daha yüksək immunitetə malik olurlar. Payız fəslində doğulan insanlar isə qışda doğulanlara nisbətən depresiyyaya az məruz qalırlar.

Alimlər bu göstəriciləri normadan kənaraçıxma xüsusiyyətləri hesab etmirlər, lakin bu cür anadangəlmə və xarici amillər müəyyən şəraitdə problemlərin yaranmasına səbəb ola bilər.