Cəzaçəkmə müəssində nikah mərasimi - FOTOSESSİYA
21 Oktyabr 2014 18:22 (UTC+04:00)
Azadlıqdan məhrum edilmiş şəxslərin "ASAN"
xidmətin fəaliyyətindən yararlanmasına şərait yaradılması
istiqamətində tədbirlər davam etdirilir. Növbəti belə tədbir
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin tabeliyindəki Bakı
İstintaq təcridxanasında keçirilib. Movqe.az xəbər verir ki,
belə ki, Bakı İstintaq təcridxanasında
saxlanılan həbs edilmiş şəxs Mahmudov Nizami Əmir oğlunun və
yaxınlarının müraciəti əsasında Penitensiar xidmətin rəhbərliyi
onun nikah mərasiminin keçirilməsi üçün müvafiq şərait yaradıb.
21.10.2014-cü il tarixdə təcridxananın inzibati binasında 4 saylı
Bakı "Asan Xidmət" mərkəzinin əməkdaşları Turan Abbasova, Pərvin
Məmmədova və Akim Abbasov tərəfindən Mahmudov Nizami Əmir oğlunun
vətəndaş Məmmədova Gülnar Müzəffər qızı ilə nikahı qeydə
alınıb. Yeni ailə quran gənclər
yaradılmış şəraitə görə Ədliyyə Nazirliyinin və "ASAN" xidmətin
rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.