Almanlar “canavarlara” qarşı

21 Oktyabr 2014 18:50 (UTC+04:00)

Bu gün Çempionlar Liqasının 2-ci turu çərçivəsində növbəti görüşlər keçiriləcək.Movqe.az xəbər verir ki, qarşılaşmalar E, F, G və H qrupunda baş tutacaq. Kataloniya təmsilcisi "Barselona" öz evində Hollandiyanın "Ayaks" klubunu qəbul edəcək. Münhenin "Bavariya"sı isə Romada "canavarların" qonağı olacaq.

"Çelsi"nin "Maribor"la görüşdə rəqibinə heç bir şans verməyəcəyi güman edilir. Günün ən maraqlı qarşılaşmalarından biri isə Piriney yarımadasında "Portu" ilə "Atletiko Madrid" arasında baş tutacaq.

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci tur görüşləri:

E qrupu

ÇSKA Moskva (Rusiya) - "Mançester Citi" (İngiltərə)

"Roma" (İtaliya) - "Bavariya" (Almaniya)

F qrupu

"Barselona" (İspaniya) - "Ayaks" (Hollandiya)

"AOPEL" (Kipr) – "PSJ" (Fransa)

G qrupu

"Çelsi" (İngiltərə) - "Maribor" (Sloveniya)

"Şalke" (Almaniya) - "Sportinq" (Portuqaliya)

H qrupu

BATE Borisov (Belarus) - "Şaxtyor" (Ukrayna)

"Portu" (Portuqaliya) - "Atletiko Madrid" (İspaniya)