“Total” prezidenti öldürülüb?

21 Oktyabr 2014 18:52 (UTC+04:00)

Dünən təyyarə qəzasında həlak olan Fransanın "Total" neft şirkətinin prezidenti Kristof de Marjerinin ölümü ilə əlaqədar şok faktlar üzə çıxıb. Movqe.az RİA Novosti-yə istinadən xəbər verir ki, rus mətbuatı prezidentin ölümünü onun Rusiyaya tətbiq olunmuş sanksiyalara qarşı sərt çıxışı ilə əlaqələndirir.

Ölümündən bir gün əvvəl de Marjeri Moskvada keçirilən Xarici investisiyalar Şurasının son iclasındakı çıxışında Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları yanlış adlandırmış və həmin addımı pisləmişdi.

"Rusiyanın Qərbdə çoxlu dostları və partnyorları var. Biz Rusiyanın qlobal iqtisadi və siyasi proseslərdən təcrid olunacağını hesab etmirik. Mən qəti şəkildə əminəm ki, keçmişdə olan maneələri aradan qaldırmaq üçün açıq siyasət davam etməlidir", - de Marjeri bildirmişdi.

O, Rusiyaya qarşı tətbiq olunmuş sanksiyaların əleyhinə olduğunu və biznesin ancaq xeyir qüvvələrə xidmət etdiyini bildirmişdi:

"Biz ümumiyyətlə sanksiyaların əleyhinəyik. Əgər sanksiyalara mənim xoşuma gəlmirsə, deməli onlar ədalətli deyil. Əksinə, biz hesab edirik ki, siyasi məsələlər siyasi qərarlarla həll olunmalıdır".

Rus mətbuatı onun ölümünə səbəb kimi son çıxışlarını əsas göstərir.