Bülənt Ərsoy xəstəxanadadır, səbəbi isə...
22 Oktyabr 2014 10:45 (UTC+04:00)
"Türk sənət musiqisinin divası" adlandırılan
Bülənt Ərsoy bir həftədir xəstəxanada imiş.
Axşam.az Türkiyə
mətbuatına istinadən xəbər verir ki, bunu hər kəsdən gizlədən
sənətçi ayağındakı yara səbəbindən müalicə
alır.
Bundan başqa, müayinələr zamanı müğənninin
qaraciyərində ləkə olduğu aşkara çıxıb. B.Ərsoy həmin ləkənin
böyüyüb ciddi problemə çevrilməməsi üçün həkim nəzarəti altındadır.
62 yaşlı sənətçinin palatasını 3 mühafizəçinin qoruduğu
deyilir.