Birləşmiş Millətlər Təşkilatı, İŞİD-in ələ keçirmək üçün hücum başlatdığı Kobaninin (Ayn əl-Arab) son halının peykdən çəkilmiş fotoşəkillərini yayımlayıb.
Movqe.az xəbər verir ki, fotoşəkillərdə qarşıdurmalar və bombardmanlar nəticəsində Kobanidə yaşanan təxribat görülür.
Bölgədə olan evlərin çoxunun dağıldığnı ı söyləyən Birləşmiş Millətlər Təşkilatının təhsil və Araşdırma İnstitutu, bunun səbəbini qarşıdurmalar yox, ABŞ liderliyindəki koalisiya qüvvələrinin bombardmanları olaraq göstərib.
Fotoşəkildə yüzlərlə vasitənin sərhəddə sanki bir avtomobil zibilliyi meydana gətirdiyi görülüb.