Gürcüstana səfər təhlükəlidir

22 Oktyabr 2014 13:41 (UTC+04:00)
Almaniya hakimiyyəti vətəndaşlarını Gürcüstana səfər etməkdən çəkinməyə çağırıb.

ANS PRESS-in məlumatına görə, hakimiyyət bunu nəzarətdən kənar bölgələrin olması ilə bağlı mümkün olan problemlərlə əlaqələndirir.

Almaniyada səfərdə olan Gürcüstan xarici işlər naziri Mayya Pancikidze Almaniya hakimiyyətinin qərarına aydınlıq gətirərək bildirib ki, "Xəbərdarlıqda Gürcüstanda iki işğal edilmiş bölgənin olmasından danışılır ki, Almaniya vətəndaşlarına bu bölgələrə səfər etməsi tövsiyyə edilmir. Bundan əlavə Gürcüstana rəsmi olmayan Rusiya sərhəd məntəqələrindən də keçmək də tövsiyyə edilmir ki, bu Gürcüstanın "işğal haqqında" qanununa ziddir. Gürcüstan haqqında məhz bu faktlar təhlükə mənbəyidir". 

Gürcüstan XİN eləcədə Svanetiyada (Gürcüstanda yüksək dağlıq ərazi) alman turistlərin qarət olunması və fiziki təhqir alması hadisəsinin vətənlərində böyük səs küyə səbəb olduğunu qeyd edib. 

"Bununla əlaqədar mən hamını özlərinə qarşı olduğu kimi turistlərə ehtiyatlı və diqqətli davranmağı xahiş edirəm. Oxşar qeydlər məhz belə insidentlərdən sonra üzə çıxır"- deyə Gürcüstan XİN başçısı bildirib.

Maya Pancikidze eləcədə bənzər hadisələrin baş verməyəcəyinə inandığını bildirib.

Qeyd edək ki, bundan əvvəl Almaniya xarici siyasət qurumu "mümkün terror hücumu və qaçırılma təhlükəsi ilə əlaqədar" vətəndaşlarını Cənubi Sudan Gürcüstan, Liviya, Kamerun, Mali Burkina-Faso, Nigeriya və Yəmənə səyahətdən çəkindirib.