"Vallah bunlar xəstədirlər!" - əsəblərinə hakim ola bilmədi !
22 Oktyabr 2014 15:49 (UTC+04:00)
Müğənni Emma Ələkbərzadə bahalı restoranlarda toy edənləri qınayıb.
Sosial şəbəkədə əsəblərini cilovlaya bilməyən müğənni belə bir
paylaşım edib: "Azərbaycanda başlayan bu nə axmaq aksiyadır?
Azərbaycanda toylara yox deyək!!! Bunların başı çatır, ya yox?
Hansısa məntiqsiz məqaləyə görə, aləm bir-birinə dəyib. "Norveçdə
və ya başqa yerlərdə toy olmur" ifadəsi məni güldürdü. Oyanın, ay
balam. Belə gülünc, məntiqsiz məqalə yazmaqla özünüzü alçatmayın.
Kimsə kreditə pul götürüb bahalı yerdə toy edib müflis olur? Kredit
götürməsin, canı çıxsın münasib yerdə toy etsin. Bir şeylə razıyam
ki, toylarda masalar yeməkdən partlayır. Həqiqətən yeməkləri
azaltmaq lazımdır. Yoxsa "Toylara yox deyək" nədir? Vallah bunlar
xəstədirlər!".