Nokia adı tarixdə qalacaq!

22 Oktyabr 2014 17:10 (UTC+04:00)

Nokia-nı satın alan kimi dəyişməyə başlayan Microsoft yeni ağıllı telefonlarda Nokia adının istifadə edilməyəcəyini açıqlayıb.


Movqe.az xəbər verir ki, Microsoft, Windows Phone əməliyyat sistemli Nokia Lumialardakı "Nokia" markasını aradan qaldırmağa start verib.


 Məhsullarda, bu məhsulların saytlarında və sosial media hesabları da daxil olmaqla bir çox yerdə bundan sonra "Nokia Lumia" adını deyil, "Microsoft Lumia" adını görəcəyik.


 İlk addımlar da Fransa tərəfində atılmağa başlanıb. Nokianın Fransa tərəfi, Microsoft Lumia adını istifadəsinə start verib.