18 Oktyabr Müstəqillik günü münasibətilə Masallıda “ Azərbaycan gəncliyi dövlətimizin gələcəyi və qarantıdır” mövzusunda dəyirmi masa keçirilib

22 Oktyabr 2014 12:43 (UTC+04:00)

17 Oktyabr 2014-cü il tarixdə Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı , Masallı rayon Təhsil şöbəsi və Masallı rayon SHXÇ üzrə DX – ti ilə birlikdə Gənclər Mərkəzində 18 Oktyabr Müstəqillik günü münasibətilə " Azərbaycan gəncliyi dövlətimizin gələcəyi və qarantıdır" mövzusunda dəyirmi masa keçirilmişdir.

100 dən artıq gəncin iştrak etdiyi tədbiri Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov giriş sözü ilə açaraq iştirakçıları 18 oktyabr müstəqillik günü münasibətilə təbrik edərək bildirib ki, müstəqilliyimizin ilk illərində ölkəmizin üzləşdiyi problemlər həmin dövrdə iqtidarda olan qüvvələrin səriştəsizliyindən irəli gəlib. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə dövlətçiliyin qurulması, iqtisadi-siyasi böhranın aradan qaldırılması, sabitliyin əldə olunması Azərbaycanın müstəqilliyini əbədi və dönməz edib: "Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsi ölkəmizi düşdüyü ağır vəziyyətdən xilas etməyin yeganə yolu idi. Xalqın istəyi və tələbi ilə yenidən hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev parlamentdə Milli Məclisin sədri kimi ilk çıxışını edərkən: "Azərbaycan Respublikasının dövlət müstəqilliyi ən əsas məsələdir. Müstəqil Azərbaycanda demokratiya inkişaf etdirilməlidir. Ölkədə Konstitusiyanın pozulmasına yol vermək olmaz", - söyləməklə bu yola sadiq qalacağını bəyan etdi. Beləliklə, vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, sabitlik, əmin-amanlıq yarandı, əhalini gərgin durumda saxlayan qanunsuzluq, zorakılıq halları ilə mübarizə insanlarda yeni hakimiyyətə, ilk növbədə isə xilaskarlıq missiyasını öhdəsinə götürmüş Ulu öndər Heydər Əliyevə inamı və məhəbbəti daha da artırdı. Ulu öndər Heydər Əliyevin qurub yaratdığı Müstəqil Azərbaycan bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir".

Daha sonra çıxış edən Masallı rayon Təhsil şöbəsinin Metodisti Abbas Abbaszadə ,Masallı rayon Gənclər və İdman İdarəsinin gənclər sahəsi üzrə aparıcı məsləhətçisi Oktay Mütəllimov, Masallı rayon SHXÇ üzrə DX – nin əməkdaşı Babək Hacıyev və fəal gənclərdən Təbriz Fərəcov bildirdilər ki, ölkəmizdə iqtisadi, sosial məsələlərin həllində böyük uğurlar əldə edilib, o cümlədən, ordu quruculuğu müasir standartlara əsaslanır. Ötən 23 il ərzində Azərbaycan müstəqil dövlət kimi böyük və şərəfli yol keçib.