Masallıda rayonunda “Xəmsə” milli intellektual oyunları üzrə rayon birinciliyi keçirilib

22 Oktyabr 2014 13:00 (UTC+04:00)

Oktyabrın 21-də Masallı şəhərindəki Gənclər Mərkəzində "Xəmsə" milli intellektual oyunları üzrə rayon birinciliyi keçirilib.

"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına müvafiq olaraq rayon gənclər və idman idarəsinin, təhsil şöbəsinin birgə təşkilatçılığı keçirilən bilik yarışmasında 12 komandanı təmsil edən 100 nəfərə yaxın gənc bilik və bacarıqlarını nümayiş etdirib.

Bilik yarışmasında Bala Kolatan, Təzə Alvadı kənd 2 nömrəli, Şərəfə kənd tam orta məktəblərinin komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutublar.

Rayon birinciliyinin qaliblərinə diplomlar və qiymətli hədiyyələr təqdim olunub.